"Bu il qripə yoluxma halları artıb"- Təyyar Eyvazov

15:50 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hazırda payız-qış mövsümü ilə əlaqədar respirator infeksiyaların artdığı dövrdür”.

 

Hafta.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

 

 

T.Eyvazov qeyd edib ki, ötən il qripə yoluxma hallarına daha az rast gəlindi:

 

“Çünki karantinlə əlaqədar təmaslar az idi. Bu il təmaslar artdığına görə say da artıb. Bu xəstəliklərin səviyyəsi əvvəlki illərlə müqayisədə heç də çox deyil”.